image-qanunla-reklam
image-7rpj4z5p50_16

BU GÜN  ARTIQ AZƏRBAYCAN DİGƏR  ÖLKƏLƏR ÜÇÜN VACİB TARNZİT  İMKANLARINI TƏQDİM EDİR

image-lady-day-az

BU GÜN  ARTIQ AZƏRBAYCAN DİGƏR  ÖLKƏLƏR ÜÇÜN VACİB TARNZİT  İMKANLARINI TƏQDİM EDİR

Azərbaycan qlobal enerji bazarında mövcud çağırışlara adekvat reaksiya verir. Ölkəmiz mövcud çağırışlara cavab olaraq bərpa olunan enerji sahəsində həlledici yatırımlar edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın bu sahədə imkanları bir daha nəzərdən keçirildi.

Bütün  beynəlxalq tərəfdaşlar Azərbaycanı etibarlı tərəfdaş hesab edir:
“Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər veririk. Azərbaycan uzunmüddətli strategiyasını mərhələli şəkildə icra edir. “Gündəlikdə duran planlardan biri yenilənən enerjidir və artıq bu sahədə işlər görülür. Bu sahədə Azərbaycan çox gözəl nəticələr nümayiş etdirir. Çünki biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik. Yəni, Azərbaycan sona qədər həm etibarlılıq prinsipini qorudu, həm də siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında səmərəli nəticələr əldə etdi. Yeni mərhələdə də imkanlar Xəzər dənizinin nəhəng potensialı ilə yanaşı İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin də böyük potensialı var. Belə ki, Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat gücündədir.

27-ci Beynəlxalq Xəzər Neft-Qaz sərgisilə bağlı ünvanlanan təbrik məktublarında da təmiz enerjiyə keçidlə bağlı Azərbaycanın öhdəliyi alqışlanır. Azərbaycan kimi ölkələrin sıfır karbon tullantılarını təşviq edən ölkə olmaq üçün yüksək potensiala malik olduğu qeyd olunur. Avropa İttifaqı da Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələri əhəmiyyətli hesab edir və Azərbaycanla enerji sahəsində uzunmüddətli tərəfdaşlığı həm strateji enerji davamlılığı, həm də İttifaqın yaşıl enerji ambisiyalarına mühüm töhfə kimi görür. Avropa Komissiyasının çıxışında da enerji sistemlərinin struktur transformasiyasının sürətləndirilməsi, enerji səmərəliliyi istiqamətində səylərin, məhsuldarlığın, iqtisadi artımın və sənaye bazasının gücləndirilməsi, həmçinin 2050-ci ilə qədər iqlim neytrallığı yoluna qədəm qoyması baxımından Azərbaycanla işləmək əsas prioritetlərdən biridir. Cənub Qaz Dəhlizi fonunda Azərbaycanın oynadığı rol Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərinə əlavə töhfə verir. Bunun nəticəsidir ki, İttifaq Azərbaycanla enerji sahəsində münasibətləri uzunmüddətli müsbət enerji dialoqu üzərində qurub.
Ümumiyyətlə, son illər enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik məsələsidir. Rusiya-Ukrayna hərbi toqquşmasından sonra yaranmış vəziyyət bunu bir daha təsdiqləyir. Bakının ev sahibliyi etdiyi Enerji Həftəsi istər yeni vəziyyəti nəzərdən keçirmək, istərsə də enerji keçid dövründə Azərbaycanın potensialını qiymətləndirmək, əməkdaşlıq perspektivlərini müzakirə etmək baxımından olduqca əhəmiyyətlidir.

 

KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki