image-qanunla-reklam
image-335611397_253014250392977_2229852966951720073_n

“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib

image-lady-day-az

“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib.


Martın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.Səfər zamanı Berlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüş zamanı Dövlət başçımız qeyd edib ki, “biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik. Bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və təbii qaz almağa başlayıb. Enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirlərini nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik. Hazırda buna demək olar ki, nail olunub.
Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar. Əsas perspektiv planlarımıza gəldikdə, əlbəttə ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur”.

“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarılmasıdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bir sözlə, bu, böyük proqramdır və onun icrası böyük vəsaitlər tələb edəcək. Ölkəmiz  yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırır. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan edilib. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.

Zərdab rayonu  Qaravəlli kənd tam orta məktəbinin tarix müəllimi- Abdulxalıqova Xəyalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki