image-qanunla-reklam
image-kim_cen

BMT TŞ Kim Çen İnlə bağlı iclas çağırdı

image-lady-day-az

BMT Təhlükəsizlik Şurası bu gün Şimali Koreya ilə bağlı iclas keçirəcək.

Qanunla.Az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Məlumata görə, iclasda Pxenyana qarşı daha sərt sanksiyaları nəzərdə tutan ABŞ-ın təqdim etdiyi qanun layihəsilə bağlı səsvermənin keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, son günlər Şimali Koreyanın ballistik raket sınaqları xeyli artıb. Dünən rəsmi Pxenyan 3 ballistik raketin sınağını keçirib. Cənubi Koreya rəsmilərinin məlumatına görə, raketlərdən biri qitələrarası olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki