image-qanunla-reklam
image-1665085588-ilham

Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik

image-lady-day-az

Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik.

Döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi Ermənistanın gücü günahsız dinc əhaliyə, qadınlara, uşaqlara çatır və bu səbəbdən də xaincəsinə mülki əhalini hədəf seçir. Onların məqsədli şəkildə Gəncəyə, Bərdəyə, Tərtərə və başqa yaşayış məntəqələrinə beynəlxalq səviyyədə qadağan olunmuş raketlərlə hücum etməsi də dövlət səviyyəsində həyata keçirdikləri terrorun göstəricisidir. Lakin buna baxmayaraq, Azərbaycan Ordusu Gəncənin də, Bərdənin də qisasını yerdə qoymur, düşmənə ağır zərbələr endirir, torpaqlarımızı işğaldan azad edir.
Tarixə ləkə kimi düşən bu faciələrə görə Ermənistan məsuliyyətdən boyun qaçıra bilməyəcək və bu gün işğal altında olan ərazilər azad olunduğu kimi gün gələcək bu müharibə cinayətlərini törədənlər də hərbi tribullarda əməllərinə görə cavab verəcək.
Tarixdə heç bir hərbi və beynəlxalq cinayət cəzasız qalmır. Biz bunun tarixi və əyani sübutları ilə dəfələrlə qarşılaşmışıq. Məsələn, 1945-ci ildə hərbi cinayətkarların mühakiməsi üçün Nürnberq Beynəlxalq Hərbi Tribunalı təsis edilmişdi. 1946-cı ildə Uzaq Şərq üçün Beynəlxalq Tokio Hərbi Tribunal yaradılmışdı. Eləcə də, 1993-cü ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı təsis edilmişdi. Həmçinin, 1994-cü ildə Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı yaradıldı. Bütün bu tribunallarda əhalinin məhv edilməsi, kütləvi edamı və ya soyqırıma məruz qalmasında təqsiri olanlar cəzalandırıldılar. Əlbəttə ki, Azərbaycan xalqı da Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən kütləvi qətlə və soyqırımına məruz qalıb. Bu gün də Azərbaycan xalqı erməni faşizmindən əziyyət çəkir. Təkcə sentyabrın 27-dən başlanan hərbi əməliyyatda ermənilərin hərbi zonadan kənarda yerləşən yaşayış məntəqələrinə ballistik raketlər və qadağan edilmiş kasetli bombalarla hücum etməsi nəticəsində 91 nəfər dinc sakin həlak olub, o cümlədən 1 körpə, 10 uşaq, 27 qadın qətlə yetirilib. Müasir dövrdə bu cür cinayətlərə susmaq ən böyük ədalətsizlik və qətliam törədən faşistlərin daha da həvəsləndirilməsi olar. Ona görə də, 75 il öncə nasistlərin törətdiyi cinayətlər cəzasız qalmadığı kimi onların xələfləri olan erməni faşistlərinin də hərbi cinayətləri cəzasız qalmamalıdır.

44 günlük Vətən Müharibəsinin ilk günlərindən məğlubiyyətə uğrayan erməni tərəfi döyüş meydanında itkilərini kompensasiya etmək üçün müxtəlif təxribatlara əl atmağa başladı. Rəsmi İrəvan dinc əhaliyə hücum taktikasını seçməklə Azərbaycan cəmiyyətində narazılıq və təşviş yaratmaq, bununla da Bakını hərbi əməliyyatları dayandırmağa məcbur etmək istəyirdi

Belə ki, sentyabrın 27-də erməni tərəfinin atəşkəs rejimini pozmasına cavab olaraq əks-hücum əməliyyatı ilə başlayan və 2020-ci il noyabrın 10-da başa çatan Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları kütləvi şəkildə atəşə məruz qaldı.

Düşmən o günlərdə ağır silahlardan, o cümlədən artilleriya və ballistik raketlərdən istifadə edirdi. Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Yevlax, Beyləqan, Qəbələ, Goranboy, Ağcabədi, Ağdam, Mingəçevir, Xızı şəhərləri düşmən raketlərinə məruz qaldı. Bu şəhərlərin bəziləri hərbi əməliyyatlar gedən yerdən yüzlərlə kilometr aralıda yerləşir. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər nəticəsində 93 nəfər həlak olub, 454 nəfər yaralanıb. Ölən və yaralananlar arasında çoxlu sayda uşaq da var. Bomba hücumları nəticəsində çoxlu uşaq yetim qalıb.

İnsan tələfatı ilə yanaşı, on minlərlə yaşayış və qeyri-yaşayış binasına külli miqdarda ziyan dəyib, yüzlərlə avtomobil və mindən çox təsərrüfat yararsız vəziyyətə salınıb.

Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan tərəfdə əhalinin sıx məskunlaşdığı mülki əraziləri – rayon və kənd mərkəzlərini, mülki infrastrukturu, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını hücum obyekti kimi seçmişdi.

Azərbaycanın şəhər və kəndlərinin atəşə tutulması hələ müharibənin ilk günlərindən başladı. Ermənistan Cenevrə Konvensiyalarını imzalayarkən, istənilən şəraitdə orada nəzərdə tutulan normalara riayət etmək öhdəliyini üzərinə götürüb. Lakin İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquqda təsbit olunmuş bütün qaydalar məcmusu Ermənistan tərəfindən bütövlükdə pozulub.

Söhbət işğal olunmuş ərazilərdə insanların məskunlaşdırılmasından, mülki əhaliyə və mülki infrastruktura, o cümlədən döyüş zonasından kənarda yerləşən şəhər və qəsəbələrə raket və bomba hücumlarının təşkil olunmasının, habelə qadağan olunmuş klasterdən (kaset) istifadənin və s. qadağan olunmasından gedir. Ermənistan silahlı qüvvələri bütün bu bəndlər üzrə humanitar hüquq normalarına tam etinasızlıq nümayiş etdirib. Uşaqlardan orduda əsgər kimi hərbi qarşıdurmalarda istifadə olunması da “Cenevrə hüququ”nun fundamental əsaslarının pozulmasının bariz faktıdır.
Beynəlxalq humanitar hüquq silahlı münaqişə vəziyyətlərində uşaqların müdafiəsini prioritet hesab edir, bu məqsədlə həm ümumi, həm də xüsusi müdafiəni nəzərdə tutur.
44 günlük Vətən Müharibəsi müddətində regionda fəaliyyət göstərən dünya mediası yekdilliklə etiraf edib ki, Azərbaycanın şəhərlərində raketlə vurulan ərazilərdə hərbi obyektlər deyil, yalnız yaşayış binaları və ticarət obyektləri olub.

 

Vəliyeva Südabə Eminağa qızı Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki