image-qanunla-reklam
image-zefer-10-12-paradi_1639154021

Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq

image-lady-day-az

Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi hər gün yeni qələbələrimizlə davam edirdi və işğalda olan ərazilərimiz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən azad edilirdi. Azərbaycan müharibənin ilk günlərində döyüş meydanında öz gücünü göstərdi və elə bir müharibə apardı ki, bütün dünya bunu izlədi. “İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı”, – deyən Cənab Prezident müsahibələrinin birində bildirib ki, 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq: “Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə, – o qədər də böyük şəhər deyil, – 20 minə yaxın raket düşmüşdür”. Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda davam etməsi onu göstərmiş oldu ki, təzavüzkar siyasətini davam etdirir. Ermənistan Silahlı Qüvvələrinin Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən atəşə tutması erməni vəhşiliyinin daha bir nümunəsi oldu. Bu bir daha Ermənistan tərəfinin Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizliyini təsdiqlədi. Ermənistan silahlı qüvvələri Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutaraq, şəhərdə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirdi. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak oldu, 70-ə yaxın mülki şəxs yaralandı. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə humanitar atəşkəs razılaşmasının tələblərini pozaraq dinc sakinlərimizi bilərəkdən hədəfə almaqda davam edirdi. Ermənistan humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini hər addımında təsdiqləyirdi. Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərlərinin işğalçı dövlət tərəfindən yenidən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçmək demək idi. Düşmənin mülki əhalini və infrastrukturu məqsədyönlü şəkildə hədəfə almasında məqsəd dinc sakinləri təşvişə salmaq idi. Əminliklə deyə bilərik ki, avantürist erməni hakimiyyəti məqsədinə çata, Azərbaycan xalqında, həmçinin Gəncə sakinlərində heç bir təşviş yarada bilmədi. Xalqımız, o cümlədən bütün gəncəlilər düşmən terrorundan, təxribatından çəkinmədən öz işinə davam etdi, şanlı ordumuzun uğurlarından daha da ruhlanırdı. Əmin idi ki, Azərbaycan haqq mübarizəsində tezliklə qalib olacaq. Bütün bu və ya digər olaylara baxmayaraq, Azərbaycan qətiyyətli mövqeyini, iradəsini, gücünü nümayiş etdirdi. “Azərbaycan xalqının iradəsini qıra bilmədilər”, – deyən Prezident müsahibəsində müharibə dövründə yaxınlarını, qohum-əqrəbalarını itirmiş insanların fikirlərini də ifadə edib: ancaq irəli getməliyik. Vətən müharibəsində onlara Azərbaycan yetərincə dərs verdi və 44 gün ərzində işğalçıları öz torpaqlarından qovdu. Tarixi ədalət bərpa olundu. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən təslim oldu. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri yerinə yetirilir. Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsidir. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə bir neçə yol layihəsi icra olunub. Dini-mədəniyyət abidələrimiz təmir və bərpa olunur, infrastruktur qurulur. “30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir”,- deyən Prezident bizim burada əsas rəqibimizin zaman olduğunu bildirmişdi. Azərbaycanın dinamik inkişafı tezliklə işğaldan azad olunan ərazilərimizin bərpasına imkan verəcək və illərdir vətən həsrəti ilə yaşamış insanlar öz yurdlarına, doğma ocaqlarına dönəcəklər. Buna hər gün dövlətimiz tərəfindən atılan addım əminlik yaradır.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki