image-qanunla-reklam
image-7ks9x4plr6_006-2

Birlik və həmrəyliyi səciyyələndirən “Dəmir yumruq”

image-lady-day-az

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız  cənab Prezident İlham Əliyevin hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün şahidi oldu. Azərbaycanın işğal olunmuş əraziləri Vətən müharibəsində cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında Prezidentimiz cənab  İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları və xarici siyasətdə nailiyyətləri dayanır. Milli həmrəyliyin və vətəndaş birliyinin möhkəmləndirilməsi istiqamətində aparılan dövlət siyasəti özünün uğurlu nəticəsini Vətən müharibəsi dövründə bir daha sübut etdi. Xalqımız, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti ətrafında sıx birləşib, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması yolunda həmrəylik nümayiş etdirdilər. Dini konfessiyalar Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara dəfələrlə kəskin şəkildə etirazlarını bildirmiş, din xadimləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi üçün daim dualar edərək ayinlər həyata keçirmişlər. Vətən müharibəsində möhtəşəm qələbə regionda Azərbaycan üçün əlverişli sosial-iqtisadi və geosiyasi vəziyyət yaratmışdır. Prezident cənab İlham Əliyevin 2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında dediyi kimi: “Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız – həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq”. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti və vətəndaş cəmiyyəti institutları Vətən müharibəsi dövründə həmrəylik nümayiş etdirərək Prezident cənab İlham Əliyevin siyasətini və “Dəmir yumruq” əməliyyatını fəal şəkildə dəstəklədilər. Bununla da bir daha sübut olundu ki, ölkəmizdə vətəndaş həmrəyliyi sağlam təməllər üzərində qurulub və yeni siyasi konfiqurasiya, ictimai-siyasi mühit onu daha da möhkəmləndirir. Yuxarıda göstərilənlərin ümumiləşdirilməsi sübut edir ki, Azərbaycanın davamlı inkişafı və dünyada böyük nüfuz qazanması Ümummilli Lider Heydər Əliyevin siyasi kursu ilə sıx şəkildə bağlıdır. Çünki Ulu Öndərin müəyyənləşdirdiyi siyasət özündə siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və ölkəmizin hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışları birləşdirir. Bu siyasət vasitəsilə Azərbaycanın inkişaf strategiyasının hədəfləri müəyyən olunur. Heydər Əliyev yolu ölkəmizin tərəqqisi üçün həmişə aktuallıq kəsb edən siyasi məktəb kimi özünü təsdiq edir. Ümummilli Liderin siyasətini Prezident cənab İlham Əliyevin uğurla davam etdirməsi və müasir dövrün çağırışlarından irəli gələrək onu yeniliklərlə zənginləşdirməsi Azərbaycanı dünyada güclü və qüdrətli dövlət kimi tanıdır. Vətən müharibəsində möhtəşəm qələbənin qazanılması Heydər Əliyev yolunun Azərbaycanı Milli Qurtuluşdan Zəfərə apardığının parlaq ifadəsidir.

 

Zərdab rayon  Çallı kənd tam orta məktəbin direktor müavini- Ariz Pənahov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki