image-qanunla-reklam
image-332161033_1381138022639999_2474686464739743333_n

Bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneədir

image-lady-day-az

Bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneədir

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident cənab İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatınını COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Hazırda dünya postpandemiya dövründədir. Bu mərhələdə də ölkəmizin uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatı öz aparıcı rolunu saxlayır. 2021-ci ildə Qoşulmama Hərəkatının yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində Prezident cənab İlham Əliyev postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə Qoşulmama Hərəkatı ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi. Buna uyğun olaraq bu il martın 2-də ölkəmizdə Qoşulmama Hərəkatının postpandemiyaya həsr olunmuş sammit səviyyəli görüşü keçirildi. Tədbirdə bir sıra Qoşulmama Hərəkatı ölkələrinin, müşahidəçi dövlətlərin və qonaq qismində dəvət edilən ölkələrin dövlət və hökumət başçıları, digər rəsmiləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri  iştirak etmişdir. Tədbirin əsas məqsədi postpandemiya dövründə aktual olan vacib məsələlər müzakirə edilmişdir. Yəni, mövzu təkcə pandemiya məsələsi deyil, daha çox pandemiyadan sonrakı dünya məsələləridir. Hazırda yeni dünya düzəni formalaşır. Bu kontekstdə beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların səmərəli olmaması, Şərq-Qərb ziddiyyətlərinin artması, “Soyuq müharibə” mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzuları olmuşdur.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki