image-qanunla-reklam
image-63e9fd6cebb9763e9fd6cebb98167627914663e9fd6cebb9363e9fd6cebb95

Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var

image-lady-day-az

Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var.

Azərbaycanın yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimi alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Artıq bu istiqamətdə ölkəmizdə genişmiqyaslı iş aparılır və müsbət nəticə də ortada var. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə olunması ətraf mühütün çirklənməsinin qarşısının alınmasına və ənənəvi enerji mənbələrindən qənaətlə istifadəyə gətirib çıxarır. Ekoloji təmizliyi, tükənməzliyi, həmçinin kiçik ərazidə belə tətbiq imkanı olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli hesab olunur. Bu enerjini istehsal etmək üçün ölkəmizin təbii potensialı da böyükdür. Belə ki, Abşeron yarımadasında və Xəzərboyu ərazilərdə küləkli günlərin çox olması külək enerjisi istehsalına əlverişli şərait yaradır. Həmçinin Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, burada Günəş enerjisinin inkişafı da, sözsüz ki, perspektivlidir.

Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi işlər isə enerji təhlükəsizliyimizin dayanıqlılığını təmin etməklə ölkənin ixrac potensialını artıracaq. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Xarici investorlarla imzalanmış sənədlərə əsasən böyük hissəsi Xəzər dənizində olmaqla 25 qiqavata qədər günəş və külək enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Bunun 80 %-nin ixraca gedəcəyi gözlənilir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki