image-qanunla-reklam
image-1680355985_1679394176_qeza

Bərdədə qəza – 2 nəfər öldü

image-lady-day-az

Bərdədə yol qəzası baş verib.

Qanunla.az-ın məlumatına görə, 19.04.2023-cü ildə saat 19 radələrində 2000-ci il təvəllüdlü Bərdə rayon sakini Əzizov Feruz Raqub oğlunun idarə etdiyi VAZ 21099 markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Bərdə rayon sakini Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi VAZ 21011 markalı avtomobil Bərdə rayonu, Həsənqaya kəndi ərazisində toqquşmuş, hadisə nəticəsində VAZ 21011 markalı avtomobildə olan sərnişin 1956-cı il təvəllüdlü Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölmüş, VAZ 21099 markalı avtomobilin sürücüsü Əzizov Feruz Raqub oğlu, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, VAZ 21011 markalı avtomobilin sürücüsü Sultanlı Əziz İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə RMX-yə yerləşdirilmiş və Ağayev Mirəli Mehman oğlu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölmüşdür.

Faktla bağlı Bərdə RPŞ-nin İB-də Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki