image-qanunla-reklam
image-1687847880_1687826503437486643_1000x669

BƏƏ-də 30 mərtəbəli yaşayış binasında yanğın olub

image-lady-day-az

Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

“Qanunla.az” xarici mətbuata istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 01:30 radələrində 30 mərtəbəli yaşayış binasında baş verib. Sakinlər təxliyə ediliblər.

Yanğın qısa zamanda yayılaraq binanın fasadını qismən sıradan çıxarıb. Ölən və xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki