image-qanunla-reklam
image-1684269284_2023-05-05t164405z_1116101763_rc2bs0az09xy_rtrmadp_3_usa-biden-pic_32ratio_900x600-900x600-12705

Bayden buna görə Avstraliyaya səfərini ləğv etdi

image-lady-day-az

ABŞ prezidenti Co Bayden ABŞ-ın dövlət borcu ilə bağlı vəziyyətə görə Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) sammiti üçün Avstraliyaya getməyəcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Kanalın məlumatına görə, Amerika lideri  mayın 19-21-də Xirosimada “Yeddilik” (G7) qrupunun sammitindən sonra Vaşinqtona qayıdacaq. Qeyd edilir ki, Bayden ABŞ-ın dövlət borcunun tavanının artırılması ilə bağlı razılığın əldə olunmasına diqqəti yönəltmək üçün Asiya səfərini yarımçıq qoyacaq.

Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin qeyd etdiyi kimi , Ağ Ev və Konqres hələ də dövlət borcunun tavanının artırılması ilə bağlı razılaşmadan uzaqdır.

Bayden bir müddət əvvəl ölkədə defoltun qarşısını almaq üçün respublikaçılarla danışıqlarda irəliləyiş olmadığını bildirmişdi .

Mayın 9-da ABŞ Maliyyə Nazirliyinin (MN) rəhbəri Janet Yellen bildirib ki, ABŞ hakimiyyəti dövlət borcunun tavanını qaldırmasa, Birləşmiş Ştatlar iqtisadi xaosla üzləşəcək. Defolt elan olunarsa, ölkə maliyyə böhranı ilə üzləşəcək. Belə bir ssenarinin qarşısının alınması variantlarından biri kimi Yellen Konstitusiyaya qanunverici orqanın mövqeyindən yan keçərək defoltdan qaçmağa imkan verən 14-cü Düzəlişdən istifadə etməyi təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki