image-qanunla-reklam
image-1659687063_0_sdc_mdg_-chp_41479jpg

Bardakı yanğında 13 nəfər həyatını itirdi

image-lady-day-az

Tailandda gecə saatlarında barların birində güclü yanğın baş verib.

“Qanunla.az” xəbər verir ki, Çonburi şəhərinin Sattahip rayonunda qeydə alınan yanğında 13 nəfər ölüb, 40 nəfər yaralanıb.

Sosial mediada barın girişindən tüstü qalxdığı və paltarları alovlanan insanların bardan qaçmağa çalışdığı anların görüntüləri yayılıb.

Hadisə şahidləri bildiriblər ki, partlayışlardan sonra barın səhnəsinin yaxınlığındakı tavandan tüstü və alov qalxıb.

Yanğının  baş vermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki