image-qanunla-reklam
image-1657607528_1651988505_1647858425-1647796945-qeza_0369

Balakəndə qəza – Xəsarət alan var

image-lady-day-az

Balakəndə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var.

“Qanunla.az” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qullar kəndində baş verib.

Rayon sakinləri olan İsrafil Aydın oğlu Sayılovun idarə etdiyi “Mercedes” markalı 99 – FM – 546 dövlət nömrə nişanlı minik avtomobili ilə Vahid Rəcəb oğlu Məmmədovun idarə etdiyi iritonnajlı 30 – BF – 045 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü Aydın Sayılov sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

O, əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verilib.

Aydın Sayılovun müayinə və müalicəsi Balakən Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki