image-qanunla-reklam
image-baki-hadise

Bakıdakı atışmanın şok təfərrüatı: sifariş edilən kimdir?

image-lady-day-az

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı şok detallar üzə çıxıb.

Qanunla.Az-ın Globalinfo.az-a verdiyi məlumata görə, “Brilyant Nicat” kimi tanınan kriminal avtoritet hücuma məruz qalıb.

Belə ki, killer Nicatı öldürmək istəyib, lakin güllələr hədəfdən yayınıb və oradakı təsadüfi adamlara dəyib. Brilyant Nicat isə ona açılan atəşdən yayına bilib. Hazırda onun hüquq-mühafizə orqanlarının nəzarətində olduğu deyilir.

Qeyd edilir ki, hadisənin baş verməsinə səbəb qan davasıdır. Belə ki, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Killerlər martın 10-da sifarişi icra etmək üçün Nicatın olduğu ünvana gəliblər. Gerisi isə ictimaiyyətə məlumdur.

Məlumat üçün bildirək ki, hər iki tərəf mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin klanının üzvlərindən olub. Onların arasındakı ədavətin kökü İstanbulda “Oazis” restoranının açılışında yaşanan insidentə gedib çıxır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki