image-qanunla-reklam
image-1661491715-1563947121-zap

Bakıda “Zapı” qəzaya düşüb, ölən var

image-lady-day-az

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qanunla.az” xəbər verir ki, qəza rayonun Xocasən qəsəbəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Səlimovun idarə etdiyi “Nissan” Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi “Zaparojiç” maraklı avtomobillə toqquşub. Nəticədə Muradlı Manafov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq M.Manafov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki