image-qanunla-reklam
image-avtobus-qeza

Bakıda sərnişin avtobusu qəzaya düşdü

image-lady-day-az

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bu barədə Qanunla.Az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki