image-qanunla-reklam
image-1643722450-big_1615815569quyu

Bakıda quyudan meyiti tapılan 4 yaşlı qız qətlə yetirilibmiş – TƏFƏRRÜAT

image-lady-day-az

Xəbər verdiyimiz kimi, yanvarın 31-də Bakı şəhər Qala qəsəbəsində dərinliyi təxminən 10 metr olan quyudan 4 yaşlı qızın meyiti tapılıb.

Qanunla.Az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin öldürüldüyü və daha sonra həmin quyuya atıldığı üzə çıxıb.

Belə ki, M.Hüseynlinin atası yanvarın 23-də qızının itkin düşməsi barədə polisə məlumat veribmiş.

Məlumata görə, uşağın anası bir müddət əvvəl həyat yoldaşını ataraq evdən gedib. Bundan sonra T.Hüseynli 2018-ci il təvəllüdlü qızını özü saxlamağa başlayıb. Yanvarın 22-də isə o, övladını qonşuluqda yaşayan ailəyə verərək gedib. Günün sonunadək geri qayıtmayan T.Hüseynli yanvarın 23-də geri qayıdıb və qonşudan uşağı istəyib. Qonşuluqda yaşayan şəxs isə uşağın onlarda olmadığını deyib. Bundan sonra T.Hüseyn Məryəmin itkin düşməsi ilə bağlı polisə müraciət edib. Aparılan araşdırmalar nəticəsində 4 yaşlı qızın həmin evdən çıxmadığı, gecəni qonşunun evində olduğu məlum olub. Daha sonra uşağın öldürülərək həyətdəki su quyusuna atıldığı məlum olub dərhal əraziyə FHN xilasediciləri cəlb edilib. Quyuya baxış keçirilərkən məlum olub ki, azyaşlının meyiti 10 metr dərinlikli quyuya atıldıqdan sonra izi itirmək məqsədilə üzərinə qum və daha sonra mişar daşı tökülüb.

Xilasedicilər 4 yaşlı qızın meyitini dərinlikdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, artıq faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Hadisəni törədən şəxs saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki