image-qanunla-reklam
image-1647509944-2049794c-82c9-3cab-83ff-162e64974a12_850

Bakıda maşının şüşəsini sındırıb oğurluq edən şəxs HƏBS EDİLDİ – VİDEO

image-lady-day-az

Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə “Qanunla.az”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub. Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki