image-qanunla-reklam
image-baki

Bakıda gənc oğlan bıçaqlanıb

image-lady-day-az

Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.

Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qanunla.az”a bildirib ki, kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə onun həyatı xilas edilib.

Fakt üzrə Səbail Rayon Polis İdarəsində cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır.

C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki