image-qanunla-reklam
image-mehriban_aliyeva_bagca_010317_07

Bakıda bağçanı soyan şəxslər saxlanıldı

image-lady-day-az

Bakıda uşaq bağçalarından oğurluq edilib.

Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki