image-qanunla-reklam
image-1662793349-1507287584_masin-ogrusu

Bakıda avtomobildən 30 min manat oğurlandı

image-lady-day-az

Bakıda avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qanunla.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30 000 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki