image-qanunla-reklam
image-1658396814-85735

Bakıda avtobus yandı

image-lady-day-az

Bu gün saat 12:00 radələrində Bakıda Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində “BMH” MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb”, – məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki