image-qanunla-reklam
image-1657085953-e58ab1cb-1e00-32a7-9982-c2ccc491e6d9_850

Bakıda avtobus “Prius”la toqquşub, 5 nəfər yaralanıb

image-lady-day-az

Bakının Nizami rayonunun Qara Qarayev prospektində – metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az  xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı “Toyota Prius” markalı minik avtomobili arxadan avtobusa dəyib. Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki