image-qanunla-reklam
image-63019a20d13f463019a20d13f5166104937663019a20d13f263019a20d13f3

Bakıda ağır qəza: Ölən və yaralananlar var – FOTO

image-lady-day-az

Bakının Nəsimi rayonunda bir nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, avtoqəza Rəşid Behbudov küçəsində baş verib.

Belə ki, yol kəsişməsində “Mercedes” markalı avtomobili idarə edən sürücü “KIA” markalı maşına çırpılıb. Toqquşma zamanı “KIA” markalı maşnın sərnişini ölüb, sürücüsü isə ağır xəsarət alıb.

“Mercedes” markalı avtomobildə olan iki nəfər də ağır xəsarətlər alıblar. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki