image-qanunla-reklam
image-1690007759_mask-group-20

Bakıda 2 500 manatlıq fotoaparat oğurlandı

image-lady-day-az

Bakıda 2 500 manat dəyərində fotoaparat oğurlanıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 15-də Bakı şəhər sakini olan bir nəfərin 2500 manat dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Fərid Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki