image-qanunla-reklam
image-1677649750-1676273640_63e9e5ec3f5e563e9e5ec3f5e616762731325b6a9a4c14615f6ded71cfc01ff37f8b

Bakıda 14 yaşlı oğlanı hədələyib telefonunu aldılar

image-lady-day-az

Bakıda 14 yaşlı yeniyetmə bıçaqla hədələnib, telefonu əlindən alınıb.

“Qanunla.az” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, yeniyetmənin anası polisə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs evlərinin yaxınlığında 14 yaşlı oğlunu bıçaqla xəsarət yetirəcəyi ilə hədələyərək 400 manat dəyərində mobil telefonunu alıb uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən şəxsin Zöhrab Zeynalov olduğu məlum olub və o, saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki