image-qanunla-reklam
image-peskovv

Bakı və İrəvan arasında… – Kremldən açıqlama

image-lady-day-az

Azərbaycan və Ermənistan arasında normallaşma üçün əlavə səylər göstərilməlidir.

Qanunla.Az  xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov 23 apreldə Azərbaycan DSX-nin Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi qurması barədə deyib.

“Əlaqələri davam etdiririk. Situasiya, həqiqətən, sadə deyil, o, əlavə səylər, ən əsası sazişlərin həyata keçirilməsinə alternativin olmadığını başa düşməyi tələb edir”, – o bildirib.

Peskov vurğulayıb ki, Rusiya öz vasitəçilik səylərini davam etdirir, əsasən də üçtərəfli sənədlərlə nəzərdə tutulan öhdəliklərini icra edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki