image-qanunla-reklam
image-1662705306_1646826479_news_20190508050407

Bakı sakini qayçı udub

image-lady-day-az

Bakıda yad cisim (qayçı) udan vətəndaş əməliyyat olunub.

Bu barədə Qanunla.az-a Nərimanov Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən 06.09.2022-ci il saat 22:10 radələrində yad cisim (qayçı) udan vətəndaş Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında qayçı aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.

Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub.

Xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki