image-qanunla-reklam
image-1653994698_iqor1-1647713730

“Azovstal”da 152 ukraynalı əsgərin cəsədini tapdıq” – Konaşenkov

image-lady-day-az

Rus əsgərləri Mariupoldakı “Azovstal” Metallurgiya Zavodunda bunkerlərə yerləşdirilmiş soyuducu maşında 152 Ukrayna əsgərinin cəsədini tapıblar.

“Qanunla.az” xəbər verir  ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib. O, Ukraynadakı müharibədə Rusiya ordusunun hərəkətləri barədə məlumat verib.

Rus əsgərlərinin “Azovstal” Metallurgiya Zavodu ərazisində ukraynalı əsgərlər və “Azov” batalyonu üzvlərinin gizləndiyi yeraltı bunkerdə izotermik bir vasitə tapdıqlarını ifadə edən Konaşenkov, “Bu qapalı maşında 152 Ukrayna əsgəri və döyüşçünün cəsədi gizlədilib”, – deyə bildirib.

“Azov” batalyon komandirlərinin cəsədləri təslim olmadan ailələrinin dəfn etmələri üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət etdiyini xatırladan Konaşenkov, Kiyev rəhbərliyinin cəsədlərin götürülməsi ilə bağlı heç bir müraciət etmədiyini iddia edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki