image-qanunla-reklam
image-baku-panoramic-view-scaled

Azərbaycanlı xalqı qurub-yaradan xalqdır

image-lady-day-az

Azərbaycanlı xalqı qurub-yaradan xalqdır

Bu gün azad olunmuş ərzilərimizdə aparılan tikinti-quruculuq işlərinin geniş vüsət almış, “çətin relyefi olan Laçın və Kəlbəcər rayonlarına yolların çəkilməsi, 10 yerdə tunel tikintisi, bir neçə elektrik stansiyasının qurulması kimi mühüm işlərin görülməsi çoxlarında heyrət doğurur. Amma bu reallıqdır. Azərbaycan xalqının onun rəhbərinin iradəsi və qətiyyəti sayəsində reallaşan infrastruktur layihələri çoxlarını heyrətləndirir və heyrətləndirəcəkdir. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Bu günlərdə Kəlbəcər şəhərində cənab Prezident tərəfindən İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. İnfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər.

Cəmi bir il yarım ərzində görülən işlər göstərir ki, bu torpaqların əsil sahibləri qayıdıb və yeni həyat quruculuğu başlayıb. Xalqla iqtidarın birliyi, Vətən sevgisi, qurub yaratmaq, abadlaşdırmaq istəyi bu xalqın ruhundadır və bunu biz əməlimizlə dünyaya göstərə bilirik. Bu birliyin və əzmin qarşısında duracaq qüvvə isə ola bilməz.Çünki indi tarixi yazan və tarix yaradan müzəffər xalq, qalib dövlət və güclü sərkərdədir.

 

Zeynalov Səlim – Zərdab rayonu, Dəkkoba kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki