image-qanunla-reklam
image-edilmir

Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında münasibətlərdə yeni səhifə açılır

image-lady-day-az

Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında münasibətlərdə yeni səhifə açılır

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri və səfər zamanı imzalanan sənədlər bu reallığı təsdiqləyir.

Öllkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, xalqlarımız arasında əlaqələrin tarixi böyükdür. Hələ 1959-cu ildə, yəni sovetlər dönəmində Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Eləcə də, Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnamın Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib. Eləcə də, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.

Millət vəkilinin sözlərinə görə, hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar öz ölkələrinin inkişafına bu gün də töhfələr verirlər. Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.

“Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, Azərbaycanın dünyada strateji tərəfdaşlarının sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Dövlətimizin başçısı bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacağını vurğulayaraq deyib: “Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Təkcə qarşılıqlı siyasi əlaqələrdən deyil, iqtisadi baxımdan hər iki ölkənin bir-birinin təcrübəsindən yararlanacağı bir çox sahə var

Vyetnamın hakim partiyasının rəhbəri Azərbaycana səfər edəcək. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam 5-12 may tarixlərində Qazaxıstan, Azərbaycan, Belarus və Rusiyada rəsmi səfərdə olacaq. O, eyni zamanda İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Moskvada baş tutacaq paradda iştirak edəcək.

Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulub. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulub.

Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq da genişləndirilməkdədir. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. Eyni zamanda Vyetnamla beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək lazımdır.

Vyetnam Kommunist Partiyasının rəhbərinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra Azərbaycana ilk səfəri, eləcə də baş katib To Lam vəzifəyə başladıqdan sonra ölkəyə ilk səfəridir. “Baş katib To Lamın Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında müzakirələr və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün açıq gündəm olacaq. Biz Vyetnam-Azərbaycan münasibətlərinin Bakıda iki ölkənin ali liderlərinin tarixi görüşü sayəsində irəliləyiş əldə edəcəyini gözləyirik.

Bu səfərdən sonra iki ölkə arasında turizm, təhsil, informasiya texnologiyaları, nəqliyyat, istehsalat, əməkdaşlıq layihələri, kənd təsərrüfatı və ətraf mühit kimi bir çox sahələrdə əməkdaşlığı gücləndirmək üçün qərarlar qəbul ediləcək.

“Mən xüsusilə ümid edirəm ki, gələcəkdə iki ölkə arasında birbaşa aviareys açılacaq ki, bu da iki ölkə arasında səyahətə artan tələbatı ödəyəcək. Biz həmçinin Vyetnamın da tezliklə Bakıda səfirliyini açacağını gözləyirik.

Vyetnamın öz coğrafiyasında vacib ölkələrdən biri olduğunu qeyd etdi: “Vyetnam deyəndə ilk baxışda yerləşdiyi coğrafiyada sıradan bir dövlət kimi qəbul oluna bilər. Xüsusilə orta və yaşlı nəsil üçün Vyetnam 60-cı illər, 70-ci illərin əvvəlləri ABŞ-la apardığı müharibəyə həsr olunmuş filmlərlə və 1990-cı illərə qədər Azərbaycan ali məktəblərində təhsil almış minlərlə vyetnamlı tələbələrlə yadda qalıb. Son 30 ildə ciddi siyasi-iqtisadi proseslərdə adı hallanmasa da, ölkənin idarəetməsi hələ də Kommunist Partiyasının nəzarətində olsa da, Vyetnam Asiya qitəsində, öz coğrafiyasında yerləşən vacib ölkələrdən biri kimi qiymətləndirilməlidir. Hazırda Çin, İndoneziya başda olmaqla Asiya qitəsində bir çox dövlətlər ciddi iqtisadi yüksəlişə sahibdir və yaxın gələcək üçün böyük dünya dövlətləri bu qitə ilə ya dostluğa, əməkdaşlığa üstünlük verəcəklər, ya da düşmən olmaq məcburiyyətində qalacaqlar.

 Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki