image-qanunla-reklam
image-yenigundem_7781da5d8775668358a099fabb6718f2_9c2spqty4z6alrmx7hbv-620x460

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin müddətinin uzadılması ölkəmizə olan etimadın yüksək dəyərləndirilməsidir – Sevinc Hüseynova

image-lady-day-az

“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ugurla möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət ölkəmizi beynəlxalq arenada nüfuzlu və söz sahibi olan ölkəyə çevirib”

Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova söyləyib.

O bildirib ki, beynəlxalq təsisatlar tərəfindən ölkəmizin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi bunu bir daha təsdiqləyir: “30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı da buna bariz nümunələrdəndir. Üç gün ərzində 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri konfransda iştirak ediblər. Yekun olaraq tədbir iştirakçıları Şuşaya səfər ediblər. Konfransda Bakı bəyannaməsi, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iş qaydalarına dair nizamnamə qəbul olunub”.

Deputat vurğulayıb ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olaraq 120 ölkəni öz sıralarında birləşdirir: “10 ildən artıqdır ki, Azərbaycan bu təşkilatda təmsil olunur. Bu illər ərzində Azərbaycanın səpkilədiyi ədalətli münasibət dövlətimizə nüfuz gətirib və Azərbaycanın irəli sürdüyü təşəbbüslər bu qurum tərəfindən dəstəklənib. Buna sübut elə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması və onun ilk konfransının Bakıda keçirilməsi, həmçinin Azərbaycanın digər iki təşəbbüsü də təşkilat tərəfindən dəstəklənmişdir. Bunlar QH-nın Gənclər Şəbəkəsinin və QH-nin Nyu Yorkda dəstək ofisinin yaradılması məsələləridir.

Önəmli məqamlardan biri isə Qoşulmama Hərəkatının 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəstək olub. Konfrasda cıxışı zamanı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev bu məsələni xüsusi vurğulayıb: “Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular”.

S.Hüseynova bildirib ki, digər bir vacib məsələ Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsidir: “Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş tutdu. 120 ölkənin yekdil qərarı ilə növbəti ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin müddətinin uzadılması ölkəmizə olan etimadın və fəaliyyətinin yüksək dəyərləndirilməsinin əlamətidir”.

Deputat bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi bəşəriyyət üçün ağır il olan COVID-19 ilə üst-üstə düşdü: “Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunmuşdur.

Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etdi və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

Bir sözlə Azərbaycan Qoşulmama Hərəkatında çox ədalətli bir mövqe səpkiləmişdir və bu ədalətli mövqeyin nəticəsidir ki, Qoşulmama Hərəkatı da Azərbaycanın haqlı mövqeyini, təşəbbüslərini hər zaman beynalxalq aləmdə dəstəkləyir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı mühüm tarixi əhəmiyyətli tədbir oldu və bu tədbirdə çıxışında Azərbaycan Prezidenti təşkilatın beynəlxalq aləmdə nüfuzunun artması perspektivlərinə toxundu.

Dövlət başçısı Bandunq prinsiplərinin təşviqinə Azərbaycanın öz töhfəsini verməyə çalışdığını diqqətə çatdırdı və qeyd etdi ki, “Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı”.

S.Hüseynova əlavə edib ki, Prezident İlham Əliyev öz çıxışında həmçinin beynəlxalq ictimaiyyətə, Ermənistanda olan revanşist qüvvələrə ciddi mesajlar verdi, ciddi məqamlara toxundu, bir daha ATƏT-in Minsk qrupunun məqsədinin illər ərzində münaqişəni dondurmaq və torpaqları işğal altında saxlamaqdan ibarət olduğunu qeyd edərək bildirdi: “Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki