image-qanunla-reklam
image-1657784586_75bfa907-b49e-4a03-bf71-b58f606ccf13

Azərbaycanın nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

image-lady-day-az

İranın paytaxtı Tehranda “Daha yaxşı gələcək üçün ətraf mühit sahəsində əməkdaşlıq” mövzusunda keçirilən regional nazirlər konfransında Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən “Qanunla.az”a bildirilib ki, konfransda region ölkələrinin ətraf mühit üzrə müvafiq qurumlarının rəhbərləri, eləcə də BMT-nin bir sıra təşkilatlarının yerli nümayəndəlikləri iştirak edib.

Azərbaycanın nümayəndə heyətinin rəhbəri R.Hacıyev çıxış edərək, ölkəmizdə ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması sahəsində milli və beynəlxalq səviyyədə aparılan işlər, bu sahədə regional əməkdaşlığın əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən ekoloji terrora məruz qalması və aparılan bərpa işləri, dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulması, ekoloji sabitliyin yaradılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki