image-qanunla-reklam
image-336326522_1371880783574423_8560953850323170586_n

Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi

image-lady-day-az

Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi

Prezident cənab İlham Əliyev fəal diplomatiya sayəsində Azərbaycanın bütün dünya üçün nümunə sayılan müsbət reallıqlarını beynəlxalq birliyin diqqətinə çatdırır. Bununla da dünyada ölkəmizin nüfuzu və ona olan inam artır. Bu baxımdan dövlətimizin başçısının son vaxtlarda Avropa İttifaqı məkanına daxil olan ölkələrə uğurlu səfərləri də xarakterikdir. Prezident cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində martın 13-də Berlində bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Görüşdə çıxış edən dövlətimizin başçısı Azərbaycanın uğurlu inkişafa nail olduğunu diqqətə çatdırıb.

Baş verən geosiyasi proseslər, qlobal pandemiya və digər mənfi təsirlər fonunda ayrı-ayrı ölkələrin iqtisadi inkişafla bağlı ciddi problemlərlə üzləşdiyi heç kəsə sirr deyil. Ancaq respublikamız daxili resurslarına istinad etməklə və preventiv tədbirlər görməklə belə mənfi təsirləri önləməyə nail olur.  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib. Son onilliklərdə bütün dünya miqyasında öz iqtisadiyyatlarını Azərbaycan kimi ardıcıl şəkildə genişləndirən ölkələrin sayı çox azdır. Respublikamızda cənab Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Belə ki, milli iqtisadiyyatda makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində rəqabətqabiliyyətlilik və məhsuldarlıq xeyli artıb, daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki