image-qanunla-reklam
image-01

Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır

image-lady-day-az

Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır.

Dünyada iqtisadi vəziyyətin pisləşdiyi bir dövrdə Azərbaycanın iqtisadi artım göstəriciləri, ciddi nailiyyətlərin əldə olunması böyük uğurdur. Azərbaycan iqtisadiyyatının qlobal neqativ proseslərə dayanıqlılıq göstərməsi və əldə olunan uğurlar Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir: “Həm 44 günlük Vətən müharibsi zamanı, həm də bu gün Azərbaycanın yürütdüyü müstəqil siyasətin təməlində dayanan amillərdən biri məhz iqtisadi müstəqillikdir. İqtisadi sahədə aparılan islahatlar imkan verir ki, bu gün Azərbaycan öz müstəqil daxili və xarici siyasətini aparır, öz diqtəsini edə bilir.

Bu gün Azərbaycanın inkişaf istiqamətləri hərtərəflidir.Azad olunmuş ərazilərdə də ciddi təhlillər aparılır. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyası inşa olunub. Bu da olduqca uğurlu gösətricidir. Azərbaycanın enerji siyasətinin əsas tərkib hissələrindən biri olan “yaşıl enerji” üzrə uzunmüddətli hədəflər müəyyənləşdirilib və bu istiqamətdə uğurlu layihələr həyata keçirilir. 2030-cu ilədək Azərbaycan “yaşıl artım” ölkəsinə çevrilməyi və ətraf mühitin təmizliyinə nail olmağı planlaşdırır. Görülən işlər və mövcud potensiallar onu deməyə əsas verir ki, Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdə inamla irəliləyir.

 

Zərdab rayonu İsaqbağı kənd tam orta məktəbin direktoru– Dayangül Vəliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki