image-qanunla-reklam
image-1649402217-1572864583-1556429761_1556426372_2f760bd743e2c285a33d44009f27571d_xl

Azərbaycanda QANLI OLAY: Qardaş bacısını güllələdi

image-lady-day-az

Sumqayıtda qardaş odlu silahla bacısına xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qanunla.az”a verilən xəbərə görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki