image-qanunla-reklam
image-1678104559_pensiya

Azərbaycanda qadınların pensiya yaşı azaldıla bilər

image-lady-day-az

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2022-ci il məruzəsində yer alan çoxsaylı təkliflərdən biri də qadınların pensiya yaşının azalması ilə bağlıdır.

Qanunla.Az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, pensiya yaşının dəyişdirilməsi müzakirə edilən məsələlərdəndir:

“Biz də ötən il Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında xanımlar üçün pensiya yaşının 65 deyil, 63 müəyyənləşdirilməsinin maliyyə əsaslandırılmasının hazırlanması təklifini irəli sürmüşük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu islahatın reallaşacağı halda maliyyə yükünün hesablanmasının həyata keçirilməsini və ona uyğun müzakirələrin davam etdirilməsini təklif etmişdik. Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə, pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir.

Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Məsələn, Avstriyada kişilər üçün pensiya yaşı 65 olsa da, qadınlar üçün 60-dır. Uyğun olaraq Macarıstanda 64.5 və 62, İsveçrədə 65 və 64, Xorvatiyada 65 və 62.5 və s. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi məqsədəuyğun olardı.  Bu baxımdan, maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki