image-qanunla-reklam
image-1681123009-baki-yolu

Azərbaycanda hər 10 maşından 8-nin yaşı 10 ildən çoxdur – STATİSTİKA

image-lady-day-az

“Hazırda Azərbaycanda olan hər 10 avtomobildən 8-nin yaşı 10 ildən çoxdur”.

Qanunla.az  xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat paylaşıb.

Nazirlər Kabinetinin 94 saylı qərarı ilə aprelin 28-dən etibarən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin qadağan ediləcəyini xatırladan ekspert ölkədəki avtomobil parkının yaşının ilbəil artdığını vurğulayıb:

“Bu qərar istər-istəməz diqqəti ölkədə avtomobil parkının yaşına yönəldir. Məlum olur ki, yaşı 10-dan çox olan maşınların sayı və payı sürətlə artır. Xüsusilə də devalvasiya bu prosesə öz təhfəsini verib.

Məsələn, 2014-cü ildə minik maşınlarının 62%-nin yaşı 10 ildən çox olduğu halda, 2021-ci ildə 80,2%-ə, 2022-ci ildə 83,1%-ə yüksəlib. Yaşı 5 ildən az olan maşınların payı isə 17%-dən 4,7%-ə düşüb. Təsəvvür edin ki, devalvasiyadan əvvəl hər 6-cı maşın yeni olduğu halda, 2021-ci ildə hər 21-ci maşın yeni olub. Hər 10 maşından 8-nin isə yaşı 10 ildən çoxdur. Avtobuslarda və yük maşınlarında vəziyyət daha acınacaqlıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki