image-qanunla-reklam
image-axar-az1473661833trend_bayram_namazi_120916_19

Azərbaycanda bayram namazı bu tarixdə qılınacaq

image-lady-day-az

Azərbaycanda bu il Ramazan bayramının aprelin 21-də olacağı gözlənilir.

Bu sözləri QANUNLA.AZ -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, bayram namazı hər il olduğu kimi qılınacaq:

“Belə ki, namaz bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Bu, imamlar və icma rəhbərləri tərəfindən qərarlaşdırılacaq. Fitrə zəkatları da həmişəki kimi bayram axşamından yəni aprelin 20-dən çıxarılır, bayram günü zöhr namazına kimi verilir. Fitrə zəkatının məbləği isə 10-15 manat tövsiyə edilir”.

Fuad Nurullayev sözlərinə görə, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da rəsmi saytda yayımlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki