image-qanunla-reklam
image-media-media-heyder-0-mwaulbqoe7s0xy9ni5v4-u69onq1s35fhi4eybl0v

Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi

image-lady-day-az

Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi.

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub.

Azərbaycanın siyasi tarixinə qurucu və xilaskar insan kimi daxil olmuş görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev tarixin yaratdığı dahi şəxsiyyətlərdən biridir. Məhz onun kimi dahi insanların bioqrafiyası, həyatı, ictimai-siyasi fəaliyyəti ideal bir məqsədə, müstəqillik əldə etmiş Azərbaycan dövlətinin uğurlu gələcəyinə həsr edilib. İstər onun şəxsi həyatı, istərsə də siyasi fəaliyyəti böyük, ideoloji bir məktəbdir. Bu məktəb insana Vətənə və xalqa dərin məhəbbət hissi öyrədir. Dövlətçiliyimizin daha da möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin ideologiyası öyrənilməsi vacib olan xəzinədir. Azərbaycan dövlətinin möhkəmlənməsi, dünyada nüfuz qazanması və inkişafı məhz ümummilli lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasi fəaliyyətinin nəticəsidir. Ulu Öndərin həyatını və siyasi fəaliyyətini öyrənmək onun ideologiyası ilə silahlanmaq deməkdir

Ölkəmizin ən böyük uğuru isə ötən il 44 günlük Vətən müharibəsi nəticəsində 28 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalçılarından azad edilməsidir. Bu haqq savaşında xalq öz iradəsini ortaya qoyaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin ətrafında sıx birləşdi. Məhz bu birlik sayəsində rəşadətli Ordumuz 28 ildən sonra tarixi ədaləti bərpa edərək doğma torpaqlarımızı düşmənlərdən azad etdi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğalçıları rüsvayçı şəkildə, iti qovan kimi, torpaqlarımızdan qovması dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldı, yaddaşlara ən möhtəşəm hadisə kimi həkk olundu. Müzəffər Ali Baş Komandanın noyabrın 8-də Şəhidlər Xiyabanında Şuşa şəhərinin azad olunması xəbərini xalqa çatdırması hər kəs üçün çoxdan gözlənilən zəfərin təntənəsi oldu. Bu, həm də Azərbaycanın müasir müstəqil dövlət kimi qurulmasında və inkişafında müstəsna rolu olan dahi şəxsiyyətin-ulu öndər Heydər Əliyevin ərazi bütövlüyümüzün bərpa olunması arzusunun gerçəkləşdiyi və ruhunun şad olduğu bir gün idi. Azərbaycan Prezidenti İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik” sözləri illərdir aparılan bu uğurlu siyasətin möhtəşəm epiloqu oldu.

 Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru- Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki