Azərbaycan və Çin münasibətləri hərtərəfli inkişaf edir
Çin və Azərbaycan Respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.Çin dünyanın ən böyük dövlətlərindən biridir.Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub.ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR –in Azərbaycan Respublikasında səfirliyi açılıb.1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib.Milli Məclisin qərarı ilə 1993-cü ilin 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb.
İki ölkə arasında rəsmi şəxslərin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
1994-cü il 7-10 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır.
ÇXR sədri Tszyan Tszemin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə danışıqlarında bildirib: “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır”.
Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında,elmi-texniki və mədəni əməkdaşlıq ,təbabət,radio və televiziya,turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.
Martın 8-də Heydər Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşüb.Görüş zamanı Azərbaycanda və bütövlükdə bölgədə vəziyyətlə bağlı məsələlərə toxunulub.
1996-cı il 17-18 aprel ÇXR Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. İkitərəfli münasibətlərlə yanaşı,əsas müzakirə mövzularından biri Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olub. Tsyan Tsiçen ÇXR-in Azərbaycan Respublikasının torpaqlarının toxnulmazlığını tanıdığını və Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev də ÇXR-lə münasibətlərin inkişaf elətdirilməsinə diqqətlə yanaşır.
İlham Əliyev Çinə səfəri zamanı Azərbaycan –Çin biznes forumunun işində iştirak edib,Böyük Çin Səddinə baxıb,həmçinin,digər işgüzar görüşlərdə iştirak edib.
7 avqust 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olompiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdə olub. 10 avqustda Çin Xalq Respublikasının paytaxtı Pekində -“ China World Hotel”də XXIX Yay Olimpia oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir.İki ölkə arasında heç bir problem yoxdur.Hər iki dövlət qarşılıqlı şəkildə bir –birinin suverenliyini və torpaqlarının toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir.
Teymurova Sevda
Saatlı rayon Genişkənd kənd ümumi orta məktəbin müəIIimi