image-qanunla-reklam
image-2022_06_30_213232_forum

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər

image-lady-day-az

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər.

Son zamanlar Azərbaycan və Gürcüstan ölkələri arasında qarşılıqlı səfərlərin artması, yüksək səviyyəli dialoqların intensivləşməsi  və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi müşahidə olunur. Bu əməkdaşlıq xüsusilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Gürcüstanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olub. Bu dəstək, həmçinin regional təhlükəsizlik sahəsindəki əməkdaşlığın dərinləşməsinə təkan verib. Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə malikdir və bu əlaqələr zamanla daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da ölkəmizdə rəsmi səfəri bunun bariz nümunəsi oldu. Regionda sülh, sabitlik və tərəqqiyə xidmət edən bu əməkdaşlıq modeli gələcəkdə Cənubi Qafqazın yeni siyasi və iqtisadi konfiqurasiyasını müəyyənləşdirən əsas təməl daşlarından biri olacaq. Prezidentlər İlham Əliyev və Mixeil Kavelaşvili arasında keçirilən təkbətək və geniştərkibli görüşlərdə çoxsaylı mühüm məsələlər ətrafında müzakirələr aparıldı. Liderlər mətbuata birgə bəyanatları zamanı maraqlı məqamlara toxundular. Prezident cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızdan olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Bundan sonra da bizim əlaqələrimiz yüksələn xəttlə inkişaf edəcək. Prezident cənab İlham Əliyev həmçinin iki ölkə arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişafının vacibliyini qeyd etdi: “Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan da daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

 Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki