image-qanunla-reklam
image-baki_6

Azərbaycan qlobal arenanın bütün siyasi qütblərinin əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədir

image-lady-day-az

Azərbaycan qlobal arenanın bütün siyasi qütblərinin əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədir

Köklü islahatların aparıldığı vaxt hakimiyyətin üç əsas qolundan biri olan qanunverici orqan kənarda qala bilməzdi. Milli Məclisə keçirilən növbədənkənar seçkilər də qanunverici orqanın proseslərlə ayaqlaşması, yeni dövrə uyğunlaşması məqsədi daşıyırdı. Beləliklə, beynəlxalq nüfuzlu təşkilatların da etiraf etdiyi kimi, tam demokratik və şəffaf şəkildə ölkədə parlament seçkiləri reallaşdı. Siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı. Avropa İttifaqı da seçkilərin keçirilməsi ilə bağlı obyektiv bəyanat verərək Azərbaycan parlamenti ilə əməkdaşlığa hazır olduğunu bildirdi.

Hazırda ölkədə həyata keçirilən islahatların həm konseptual, həm də struktur xarakteri yüksək əhəmiyyətə malikdir. Azərbaycan sosialyönümlu dövlətdir, atılan addımların və reallaşdırılan bütün layihələrin mərkəzində şübhəsiz ki, insan amili dayanır. Bu, dövlətin qəbul etdiyi qərarlarda daha aydın nəzərə çarpır. Belə ki, minimum əməkhaqlarının, pensiyaların müntəzəm şəkildə artırılması, bununla yanaşı, şəffaflıq prinsipinin əsas tutulması buna bir daha sübutdur. Ölkənin inkişafı üçün vacib şərt olan milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində də bütün sahələrdə səmərəli addımlar atılıb, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, siyasi sabitliyin ölkəmizdə bərqərar olması ilə bağlı ciddi uğurlar qazanılıb. Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq arenada da dövlət nüfuzunun gücləndirilməsi, milli maraqların qəbul etdirilməsi yönündə uğurlu siyasi kurs yürüdür. Bu sahədə bir neçə istiqamətdə dövlətimizin diplomatik uğurunu xatırlatmaq yerinə düşər. Misal üçün, türkdilli dövlətlərin əməkdaşlığı sahəsində Azərbaycan önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Bu da sözügedən quruma üzv ölkələrin üçdəbir hissəsini təşkil edir. Qonşu ölkələrlə qurulan münasibətlərdə də dostluq amili əsas yer tutur. Azərbaycan, eyni zamanda, İslam dünyasında da böyük nüfuza malikdir. Respublikamızın beynəlxalq siyasəti situativ yox, strateji xarakter daşıyır. Bu gün Azərbaycan 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının üzvü və bu Hərəkata sədrlik edən dövlətdir. Azərbaycanın hazırda da sədr kimi irəli sürdüyü təşəbbüslər, görülən işlər bu təşkilatın beynəlxalq nüfuzunu böyük ölçüdə gücləndirir.

Azərbaycan qlobal arenanın bütün siyasi qütblərinin əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədir və bütün bunlar məhz Prezident İlham Əliyevin həyata keçirdiyi dərin strategiyanın məntiqi nəticəsidir. Belə bir uğurlu siyasi xəttin isə Azərbaycanı bölgənin lider dövlətindən dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaracağına şübhə doğurmur.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki