image-qanunla-reklam
image-301188892_633380568141725_7424552928728584385_n

Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ

image-lady-day-az

Qazaxıstanla Azərbaycan arasında imzalanan Bəyannamə ilə iki dövlət təhlükəsizlik və milli maraqlarını uzlaşdırır. Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bu məqamda hadisələrin xronoloji ardıcıllığına diqqət çəkərək, bir xüsusi amili də vurğulayaq ki, avqustun 23-də Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında hərbi və digər sahələrdə əməkdaşlıq barədə sazişləri təsdiqlədi.

Vətən müharibəsinin gedişində rəsmi Nur-Sultan bitərəfliyə riayət etməsindən asılı olmayaraq, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair qətnamələrinə sadiq olduğunu bəyan etmiş, ölkə ictimaiyyəti, ekspertlər və Qazaxıstanın sadə vətəndaşları informasiya sahəsində rəsmi Bakının Qarabağ üzərində suverenliyinin bərpası istiqamətində addımlarını dəstəkləmişdilər. Bu isə ölkəmizin çətin anlarında iki dövlətə xalq diplomatiyası nümayiş etdirməyə təkan vermişdi. Eyni zamanda, Nursultan Nazarbayev Azərbaycan xalqını və Prezidentini Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik edərək “2020-ci il Sizin üçün çətin olsa da, qalibiyyət ili oldu! Öz əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün çox narahat idim. Bu, tarixi bir hadisədir. Sizi və qardaş Azərbaycan xalqını şəxsən təbrik edirəm” mesajını ünvanlamışdı.

Bu gün Qazaxıstanda üç yüz mindən çox azərbaycanlının olduğunu nəzərə alsaq, azərbaycanlılar bu ölkədə üzvlərinin sayına görə əsas diasporlardan biridir. Qazaxıstanla Azərbaycanın tarix, mədəniyyət, ənənələr baxımından yaxınlığı iki xalqı və dövləti yaxınlaşdırmaq kimi fundamental maraqlara həmişə cavab verib. Bu baxımdan Azərbaycan Prezidenti nitqinin əvvəlində məhz bu amilə geniş, yəni, bütövlükdə Mərkəzi Asiya kontekstindən yanaşaraq bildirdi: “Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir”. Onu da nəzərə alaq ki, çox uzağa getmədən elə bu ilin iyununda Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü baş tutdu. Bu da çoxtərəfli əməkdaşlığın yeni formatıdır ki, təməlində olduqca böyük perspektivlər dayanır.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki