image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idi

image-lady-day-az

Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idi.

 

Müasir dünyada bir çox qlobal proseslər baş verməkdədir. Bunlara lokal və regional müharibələr, təbii fəlakətlər misal ola bilər. Həmçinin iqlim dəyişmələri, ərzaq təhlükəsizliyi məsələləri də buraya aiddir. XXI əsrin 20-ci ilində dünyanı daha bir ciddi problem silkələdi. Bu koronavirus pandemiyası idi. Bu qorxunc virus dünyanı birləşməyə məcbur etdi. Nəticədə hazırda pandemik vəziyyət sabitdir, nəzarətdədir.

Ölkəmiz virusla mübarizədə ön sırada idi. Təcili zəruri tədbirlər görülməklə vəziyyət nəzarətə alındı. Əhali bütün lazımi xidmət və ləvazimatlarla təmin edildi. Bu bəladan qurtulmağa ümid yarandı. Eyni zamanda ehtiyacı olan ölkələrə humanitar yardımlar göndərildi. ÜST-ə 10 milyon ABŞ dolları məbləğində ianə olundu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan pandemiya dövründə istehsal olunan vaksinlərin bütün dövlətlər arasında bərabər paylanmasının tərəfdarı kimi çıxış edərək peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirdi. Bu da ölkəmizin dünyada və Qoşulmama Hərəkatı Təşkilatında nüfuzunu daha da artırdı.

 

Qabil Məmmədov -Zərdab rayonu Yuxarı Seyidlər kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki