image-qanunla-reklam
image-trend_baku_city_spring_270415_01

AZƏRBAYCAN ÖZ SÖZÜNƏ SADİQ QALAN ÖLKƏDİR

image-lady-day-az

AZƏRBAYCAN ÖZ SÖZÜNƏ SADİQ QALAN ÖLKƏDİR

Azərbaycanda həyata keçirilən müdrik və uzaqgörən xarici siyasət nəticəsində bu gün ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş, düzgün və  sözünəbütöv ölkə kimi tanınır. Dünyada hökm sürən qeyri-sabit proseslər, müharibələr fonunda Azərbaycan dünya miqyaslı tədbirlərə ev sahibliyi edir, böyük enerji layihələri həyata keçirir, dünya ölkələri ilə əməkdaşlığını daha da genişləndirir, inkşafa, sülhə və tərəqqiyə hesablanmış böyük təşəbbüslər irəli sürür. Eyni zamanda bu gün dünyanın tanınmış ölkələri Azərbaycanla əlaqələr qurmağa, mövcud əlaqələri daha dərinləşdirməyə və ölkəmizin həyata keçirdiyi layihələrdən bəhrələnməyə çalışır. Qeyd olunan bütün amillər ölkəmizin dünya miqyasındakı gücünün və etibarının göstəricisidir.

Bütün  bunlarla yanaşı Azərbaycan tanınmış dünya miqyaslı təşkilarla da yaxından əməkdaşlıq edir. Ölkəmiz üzv olduğu bütün təşkilatlarda fəal iştirak edir, böyük təşəbbüslər irəli sürür. Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslər dünya ölkələri tərəfindən təqdir edilir və dəstəklənir.Hal-hazırda Azərbaycan dünya üzrə ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmizin sədrlik etdiyi müddət ərzində təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Eyni zamanda təşkilata üzv olan 120 ölkənin yekdilliklə səsverməsi nəticəsində Azərbaycanın sədrlik müddəti 2023- cü ilin sonuna qədər uzadılmışdır. Azərbaycanın pandemiya dövründə həyata keçirdiyi insanyönümlü siyasət, digər ölkələrə yardımlar etməsi, Azərbaycan prezidentinin peyvəndlərin ədalətli bölgüsü ilə bağlı irəli sürdüyü təşəbbüslər dünya ölkələrinə böyük fayda gətirdi. Dəfələrlə dünya miqyaslı təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olmasını xüsusi qeyd etmiş və səmərəli fəaliyyətinə görə ölkəmizə, ölkə başçımız cənab İlham Əliyevə təşəkkür etmişlər. Əlbətdə bu gün Azərbaycanın dünya miqyasındakı yüksək mövqeyi, gücü və etibarı ölkə başçımız, cənab  İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş xarici siyasətin nəticəsidir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki