image-qanunla-reklam
image-0fb17dd6b3f5307245a46fd8f270e802-1-_1530022320

Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi

image-lady-day-az

Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi

Zəfər  tarixinin  müəllifi  Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi və bəyan etdi ki,  Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır:  “Bu gün  ulu öndər Heydər Əliyevin, müstəqilliyimizin, ərazi  bütövlüyümüzün təmin olunması istiqamətində canlarından keçən Vətən oğullarının ruhları şaddır. Azərbaycan Ordusunun qüdrəti sayəsində işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Bu ərazilərimiz hazırda  toy-büsatlı, çal-çağırlıdırlar. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, Zəfər sevincini  hərbçilərimizlə  paylaşmaları böyük qürurdur. Bu məqamı da xüsusi qeyd etməyi özümüzə borc bilirik ki, dövlət başçısının Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırması, həmçinin Zəfərdən sonra ilk olaraq  1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşməsi də  təsadüfi deyildi. Müharibənin əsas qəhrəmanlarının  həyat yolu, torpaq, Vətən sevgisi  indiki və gələcək nəsillər üçün bir məktəbdir. Hərbçilərlə görüşündə  dövlət başçısı İlham Əliyev ilk görüşün onlarla olmasının səbəbini belə  açıqlamışdı: “Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbrik edirəm, tezliklə sağalın, adi həyata qayıdın.

Bakının Xətai rayonu ərazisində  açıq səma altında salınan Hərbi Qənimətlər Parkı  hər gün bu məkana üz tutan yüzlərlə  ziyarətçiyə tarixi Zəfərimizin bütün məqamlarını çatdırır: “Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı olan bu  parkda ermənilərin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının nümayişi  işğalçı Ermənistan  və onun havadarları tərəfindən böyük  narahatlıqla qarşılansa da reallıqla barışmaq zamanıdır. O reallıq ki, Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi.  Azərbaycan bu gün qalib tərəf kimi  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının şərtlərini açıqlayır. Ermənistana edilən  sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını bəyan edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bir daha öz gücümüzə, qüdrətimizə  arxalandığımızı,  haqqa, ədalətə söykənən mövqeyimizi nümayiş etdirir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki