Türkiyədə səfərdə olan azərbaycanlı parlamentarilər Anıtqəbiri ziyarət ediblər.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç sosial şəbəkə hesabında paylaşım edib.
“Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin birgə iclası üçün ölkəmizdə səfərdə olan heyətlərlə birlikdə Anıtqəbiri ziyarət etdik, şərəf dəftərini imzaladıq”, – deyə A.Kılıç bildirib.
Türkiye, Azerbaycan ve Gürcistan Parlamentoları Dışişleri Komisyonları ortak toplantısı için ülkemizde bulunan heyetlerle birlikte Anıtkabir ziyaret ederek, şeref defterini imzaladık.@SeyidSamad @Samkharadze79 pic.twitter.com/eCcN0Y4hSD
— Akif Çağatay Kılıç (@ackilic76) October 18, 2021