image-qanunla-reklam
image-304844025_638685774277871_1335429574185790171_n

Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir

image-lady-day-az

Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir

Ölkəmizin zəngin təbii sərvətləri, Qafqaz və Xəzər regionunda böyük potensiala malik olması onu dünya ölkələri üçün vacib tərəfdaşa çevirir. Habelə, Azərbaycan xalqının və dövlətinin sülhsevər xarici siyasəti, azad bazar iqtisadiyyatı yolunu tutması, bu sahədə mühüm qanunvericilik bazasının mövcudluğu, bir sıra beynəlxalq təşkilatlara üzv olması dünyanın müxtəlif dövlətlərinin, tanınmış şirkətlərinin ölkəmizə olan marağını daha da artırır. Bu ölkələr arasında Azərbaycanın iqtisadi tərəfdaşı olan İtaliya ilə münasibətlərin inkişaf dinamikası xüsusilə yüksəkdir. Avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına səfəri bu əlaqələrin daha da möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir. Cənab Prezidentin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxışında qeyd etdiyi kimi : Əlbəttə, bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm. Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini- Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki