image-qanunla-reklam
image-304971012_639246834221765_5269326094327453340_n

Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir

image-lady-day-az

Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir.

Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 31-də İtaliya Respublikasına işgüzar səfərə yollandı.  Bildiyimiz kimi Azərbaycan-İtaliya xalqları çox əsrlik tarixi keçmişə malikdir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya və Azərbaycan arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur.

Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Bu gün Xəzər hövzəsində çoxlu sayda ölkəyə iqtisadi fayda gətirən və təhlükəsizlik qarantı rolunda çıxış edən uğurlu enerji layihələrindən söhbət açarkən mütləq tarixə nəzər salmaq gərəkdir. Qeyd edək ki, Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir. Beləliklə də Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu. Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır .Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızdan gələcəkdə daha da səmərəli istifadə etdirilməsi istiqamətində atılmış çox vacib addımdır.

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı Gülbəniz Əhmədova.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki